Film Fondunda 20 şəxsi arxiv fondu yaradıldı

Film Fondunda 20 şəxsi arxiv fondu yaradıldı
calendar 25 dekabr 2021
clock 11:15

"2021-ci il ərzində fonda şəxsi arxivlərdən kinematoqrafa aid çox sayda müxtəlif afişa və plakatlar, görkəmli kinematoqrafçılara məxsus şəxsi əşyalar, 1000-dən çox müxtəlif fotosənədlər daxil olub".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Film Fondundan bildirilib.


Kino lentlərində qorunan “Ögey ana”, “Dəli Kür”, “Dədə Qorqud”, “Günlərin bir günü”, “Babək”, “Nizami” və s. bədii, “Aşıq Ələsgər” (Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq), “Mikayıl Abdullayev”, “Səttar Bəhlulzadə”, “Əzim Əzimzadə”, “Mirzə Kazım bəy”, “Fərhad. Portret cizgiləri” və s. sənədli filmlər bərpa olunub.


Ümumilikdə 20 fond olmaqla, Xalq artistləri Rasim Ocaqov, Eldar Quliyev, Leyla Bədirbəyli, Şahmar Ələkbərov, Süleyman Ələsgərov, Hökümə Qurbanova, Ənvər Həsənov, Əməkdar incəsənət xadimləri Rasim İsmayılov, Şərif Şərifov, Rüfət Şabanov, Vladimir Konyagin, qocaman rejissor Niyazi Bədəlov, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və digər kinematoqrafçıların şəxsi arxiv fondları yaradılıb.


Bundan başqa, ötən əsrdə kino istehsalında istifadə olunmuş 18 ədəd nadir kino çəkilişi avadanlığı bərpa olunub.

2021-ci ildə Dövlət Film Fonduna bir sıra dövlət və özəl studiyalarda istehsal olunmuş (“Olimpia”, “Köşk” (çoxseriyalı), “Quyu”, “Levonun son payızı” bədii, “Unudulmuş dəhliz”, “Bizim komandir”, “Qapı”, “Yarıda qalan uçuş”, “Biz”, “27 sentyabr. Qələbənin ilk günü”, “Görünməyən qəhrəmanlar”, “Hərbi Hava Qüvvələri”, “Böyük əmr”, “Fulya” sənədli, “Tıq-tıqla möcüzələr axtarışında. 2-ci bölüm: Qobustan” animasiya və s.) filmlər daxil edilib.

# 1733 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news