Flora Kərimova: "Heç nə əlinizdən gəlməsə belə..."

Flora Kərimova, Xalq artisti

Flora Kərimova, Xalq artisti

calendar 9 avqust 2022
clock 16:20

Xalq artisti Flora Kərimova 1 ildir Ukraynada həbsdə saxlanıIan Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı ilə bağlı paylaşım edib.

Kulis.az xəbər verir ki, sənətçi sosial şəbəkə istifadəçilərini M.Qasımlı ilə bağlı paylaşımlar edərək ona dəstək olmağı xahiş edib.

"Bu igidimiz - Qasımlı Misiri "İkinci Vətən" - Qarabağ müharibəsində içimizdən gələn sözləri dilinə gətirdiyinə görə hamımız sevərək izləyir, bölüşürdük. Bu gənc bir vətənsevər kimi xarici məmləkətdə isti yuvasını tərk edib, könüllü olaraq vətəninin dar günündə vicdanının səsi ilə sənin, mənim, Qarabağımızın intiqamını almağa gəlib, alıb da!

Bildiyim qədər ilə məhz bu sözlərinə görə ermənilər tərəfindən şərlənib. Azərbaycan oğlunun qürbətdə, dəmir barmaqlıqlar arxasında bir "dığa"ya görə mühakimə olunması azərbaycanlı olaraq məni çox məyus edir.

Hamımızın bacardığı nəsə var. Mənim gücüm səsimi, biganəsizliyimi sizlərə çatdırmağa çatır. Sizin də bacardığınız bir şeylər var. Heç nə əlinizdən gəlməsə belə, şəklini paylaşaraq dəstək ola bilərsiz. Necə ki bu videonu hamımız paylaşırdıq. Demirəm ki, gedin Ukraynada məhkəmə önündə aksiya keçirin. Millət olaraq haray salaq, hakim də bilər ki, övladımız "yetim" deyil! Arxasında milləti var. Bunlar bir yana, əsas odur ki, darda olan həmyerlimiz bivec olan sosial şəbəkələri açanda görsün ki, könüllü qoruduğu vətənin xalqı da, milləti də dar günündə onun yanındadır, dayağıdır.

Qəribsəmə, Misir oğlum! Bağlı qapılar daim bağlı qalmayacaq. Kilidləri açılanda bil ki, bu məmləkətdə səni alqışı ilə qarşılayan mənlər var" deyə, F.Kərimova yazıb.

Qeyd edək ki, Misirli Qasımla və həmyerlimiz Sübhan Quliyev Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, 1 ildir sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar.

M.Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

# 2299 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news