Fransa qəzeti azərbaycanlı pianoçudan yazdı

Fransa qəzeti azərbaycanlı pianoçudan yazdı
calendar 30 iyul 2022
clock 17:00

Fransanın “Le Dauphiné Libéré” qəzetində bu ölkədə yaşayan Azərbaycan əsilli pianoçu Adilə Əliyevadan bəhs edən “Anmas: Adilə Əliyeva, musiqi naminə həyat” sərlövhəli məqalə dərc edilib.

Kulis.az xəbər verir ki, Ketrin Ponsenin qələmə aldığı məqalədə istedadlı soydaşımızın ömür yoluna və yaradıcılıq fəaliyyətinə nəzər salınıb. Onun beynəlxalq musiqi müsabiqəsini təsis etməklə Fransada tanındığı, bu yaxınlarda isə kavaler rütbəsi ilə “Fəxri Legion” ordeninə layiq görüldüyü barədə ətraflı məlumat verilib. “Yüksək səviyyəli laureatların çıxışları sayəsində ictimaiyyətdə populyarlıq qazanmış bu müsabiqə təxminən 20 il ərzində dünyanın hər yerindən onlarla gənc peşəkar pianoçunu toplayıb”, - deyə müəllif vurğulayıb.

Adilə Əliyevanı Fransanın mahir pianoçusu və tanınmış pedaqoqu adlandıran müəllif qeyd edib ki, məhz bu keyfiyyətləri, üstəlik, istedadlı gənclərə sadiqliyi onun iyulun 13-də Fransa Prezidenti Emmanuel Makron tərəfindən ali ordenlə təltif olunması ilə nəticələnib.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva Bakıda anadan olub. O, uzun illərdir Fransanın Anmas şəhərində yaşayır. Azərbaycan musiqi irsinin dünyada təbliği, Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən olan istedadları üzə çıxarmaq, tanıtmaq və təhsillərini xaricdə davam etdirmələri üçün şərait yaratmaq məqsədilə 1996-cı ildən etibarən mütəmadi təşkil etdiyi müsabiqə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir.

# 1357 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news