Füzulinin əsərləri özbək dilində

Füzulinin əsərləri özbək dilində
calendar 21 iyun 2024
clock 13:00

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərləri Özbəkistanda nəşr olunub. Böyük şairin əsərlərindən ibarət ikicildlik “Külliyyat”ın birinci cildində qəzəllər, ikinci cildində isə poemalar yer alıb.

Kulis.az xəbər verir ki, sözügedən nəşr böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə işıq üzü görüb.

Qeyd edək ki, Məhəmməd Füzulinin əsərləri Özbəkistanda ilk dəfə 1959-cu ildə iki cild halında kiril qrafikası ilə nəşr olunub. Sonrakı dövrlərdə şairin əsərləri müxtəlif müəlliflər tərəfindən bir neçə dəfə nəşrə hazırlansa da onun yaradıcılığını tam şəkildə əhatə edə bilməyib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində hazırlanan sözügedən nəşr uzun illərdən sonra Məhəmməd Füzuli əsərlərini geniş şəkildə əhatə etməsi ilə fərqlənir. Nəşrdə Məhəmməd Füzuli müxtəlif dövrlərdə özbək dilində çap edilmiş əsərlərindən də istifadə olunub. Bununla yanaşı, yeni nəşrdə böyük şairin Azərbaycan dilində çap edilmiş əsərləri, habelə Məhəmməd Füzulinin anadilli “Divan”ının əlyazma nüsxələrindən də istifadə olunaraq dəqiqləşdirilmələr aparılıb, öncəki nəşrlərdə yol verilmiş xətalar aradan qaldırılıb, izahlar, şərhlər əlavə edilib və sonda kiçik lüğət də verilib.

Nəşrin ilkin təqdimatı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində olub. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən isə yaxın günlərdə əsərin daha bir neçə ali təhsil ocağında geniş təqdimatları nəzərdə tutulur.

Filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən nəşrə hazırlanmış “Külliyyat”ın redaktorları professor Nurbay Cabbarov və dosent Gülbahar Aşurovadır.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən sözügedən nəşrin Özbəkistanın aparıcı ali təhsil ocaqlarına, kitabxanalarına əvəzsiz olaraq paylanması da planlaşdırılır.

# 477 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news