Gənc rejissorların filmləri Hindistanda nümayiş olunacaq

Gənc rejissorların filmləri Hindistanda nümayiş olunacaq
calendar 7 oktyabr 2024
clock 11:30

Azərbaycanın gənc kinematoqrafçıların filmləri oktyabrın 15-dən 19-dək Hindistanın Əhmədabad şəhərində keçiriləcək yeddinci Alpavirama Beynəlxalq Gənclər Film Festivalında nümayiş olunacaq. Bu, Azərbaycan Kinematoqrafçılar İttifaqının Alpavirama Beynəlxalq Gənclər Film Festivalı ilə əməkdaşlığı nəticəsində reallaşıb.

Kulis.az xəbər verir ki, bu il ilk dəfə festivalın “Xüsusi filmlər” bölməsinə azərbaycanlı rejissorlar Ülviyyə Əhmədovanın “Mən uşaq olmuşam”, Aynur Kazımovanın “Unudulmuş arzular”, Türkan Hüseynin “Sonuncu foto” və Ruslan Mollayevin “Sınaq” filmləri də daxil edilib.

“Əks olunan reallıqlar” mövzusuna həsr olunmuş builki festivalda ilk dəfə Azərbaycan Kinematoqrafçılar İttifaqı və Braziliya San-Paolo Universiteti xüsusi nümayiş proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, Alpavirama (sanskrit dilində “vergül”) 2011-ci ildən Hindistanın Əhmədabad şəhərində Milli Dizayn İnstitutunda Film və Video Kommunikasiya şöbəsi tərəfindən təşkil olunan Beynəlxalq Gənclər Film Festivalıdır.

# 380 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news