“Gənc və yaradıcı rəssamlara dəstək” adlı tədbir keçirildi

“Gənc və yaradıcı rəssamlara dəstək” adlı tədbir keçirildi
calendar 24 iyun 2022
clock 17:30

“Gənc və yaradıcı rəssamlara dəstək” layihəsi çərçivəsində “İntibah günləri” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, iyunun 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Mədəni Tədbirlərin təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin dəstəyi ilə “Gənc və yaradıcı rəssamlara dəstək” layihəsi çərçivəsində Avropa Mədəniyyətinə həsr olunmuş “İntibah günləri” adlı tədbir keçirilib.

Tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev, Mədəni Tədbirlərin təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzinin direktoru Həcər İsrafilova, Azərbaycan Dövlət İqtisad Universitetinin və onun nəzdində fəaliyyət göstərən “UNEC-Dizayn” məktəbinin kollektivi, tanınmış rəssamlar, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Baş İdarənin rəisi İbrahim Əliyev, “UNEC dizayn” məktəbinin direktoru Lalə Məmmədova və Mədəni Tədbirlərin təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin əməkdaşı Əliseyfəl Quliyev çıxış edərək XIV əsrin əvvəlləri – XVI əsrin sonlarında Qərbi və Mərkəzi Avropanı əhatə edən İntibah dövrünün fərqləndirici xüsusiyyəti mədəniyyətin yeni, mahiyyətcə kübar xarakter alması və insanı ön plana çıxarması haqqında danışıblar.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC dizayn” məktəbi və onun gənc yaradıcı rəssamlardan ibarət heyəti İntibah mədəniyyətinə aid çəkdikləri rəsm əsərləri nümayiş olunub. İntibah dövrünə məxsus olan kübar musiqi və rəqs nümunələri təqdim edilib.

Layihə gənc yaradıcı rəssamlara dəstək məqsədini daşıyır, İntibah mədəniyyətini yaşadan və bu sahə üzrə yaradıcılıqla məşğul olan bütün gənclərə şamil edilir. Növbəti tədbirlər ictimaiyyətə açıq şəkildə keçiriləcək. Bu barədə layihənin sosial şəbəkə hesablarında məlumat veriləcək.

# 2260 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news