Gəncə Dövlət Filarmoniyasında “Sevgi Meksikadır” adlı konsert keçirildi

Gəncə Dövlət Filarmoniyasında “Sevgi Meksikadır”  adlı konsert keçirildi
calendar 15 iyun 2024
clock 13:00

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub.

Kulis.az xəbər verir ki, Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə keçən konsertdə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero çıxış edərək Azərbaycan və Meksika xalqlarının qədim tarixə, güclü dövlətçilik ənənələrinə malik olduğunu deyib, Meksikalı ifaçıların konsertinin maraqlı olacağını bildirib.

Həmçinin səfir Gəncə Dövlət Filarmoniyasına təşəkkürünü bildirərək, bu cür layihələrin Azərbaycan-Meksika mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Meksikalı tenor Luis İtzkoatl və pianoçu Maurisio Duran maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə Meksikanın milli vokal musiqi nümunələri və gənc bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertin sonunda ifaçılar Müslüm Maqomayevin “Azərbaycan” əsərini ifa ediblər. Meksikalı ifaçıların bu jesti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

# 715 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news