Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilk dəfə "Üzbəüz" layihəsini təqdim edib.
Kulis.az xəbər verir ki, layihənin məqsədi mədəniyyətin müxtəlif sahələrində çalışan tanınmış şəxsiyyətlərlə görüşlərin təşkil olunmasıdır.
Görüş zamanı qonaq olan şəxslər öz təcrübələrini, uğurlarını bölüşəcəklər.
- O boyda eşq sarayı, necə yanıb töküldü? - Musa Yaqubun şeirləri
- Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...
- Bakı Dövlət Universiteti ilə Milli Kitabxana arasında memorandum imzalanıb
İlk olaraq "Üzbəüz" layihəsinin qonağı Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri, "Qızıl Qələm" mükafatı laureatı Şahin Musaoğlu olub. Baş tutan görüşdə qonaq ona ünvanlanan sualları cavablandıraraq, gənclərlə maraqlı fikir mübadiləsi aparıb.
Tədbirdə Şahin Musaoğlunun müəllifi olduğu "Cənab leytenant", "İgid əsgər, möhkəm dayan", "Əsgər Vətən əmanəti", "Ağ ümid" və digər mahnılar Filarmoniyanın solistləri Rüstəm Cəfərov, Əli Məmmədov, Vasif Bayramov tərəfindən səsləndirilib.
Qeyd edək ki, "Üzbəüz" layihəsi ayda bir dəfə Azərbaycanın tanınmış simalarının iştirakı ilə keçiriləcək.