Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi davam edir

Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi davam edir
calendar 10 iyul 2024
clock 15:45

"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi həyata keçirilir.

Kulis.az xəbər verir ki, sözügedən layihə çərçivəsində mədəniyyət ocağında “Yaşıl dünya naminə – təmiz ətraf mühit, sağlam gələcək!” adlı metodiki vəsait və virtual kitab sərgisi hazırlanıb.

Kitabxananın rəsmi saytında yerləşdirilən materiallar ətraf mühitin mühafizəsi və “Yaşıl dünya naminə həmrəylik ili” mövzusu ilə əlaqədar ədəbiyyatın kitabxanalarda təbliği məqsədilə tərtib edilib. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda “Yaşıl dünya həmrəylik ili haqqında” ətraflı məlumat verilib, ölkədə bu sahədə həyata keçirilən tədbirlər haqqında geniş məlumat, eləcə də yaşıl dünya və ətraf mühit ilə əlaqədar kitabxanalarda təşkil olunacaq tədbirlərə dair tövsiyələr, görkəmli şəxslərin ətraf mühitin mühafizəsinə dair dəyərli fikirləri öz əksini tapıb

Virtual kitab sərgisində “Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr”, “Azərbaycan təbiəti: dünən, bu gün, sabah”, “Polimer və rezin tullantılarının təkrar emalı və istifadəsi”, “Bioloji müxtəliflik haqda populyar dildə”, “Şorlaşmış torpaqların meliorasiyası və ətraf mühit”, “Ekologiya və davamlı inkişaf” kimi iyirmidən çox kitabın qısa annotasiyası və dövrü mətbuat nümunələri yer almaqdadır.

# 558 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news