“Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi” başa çatdı

“Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi” başa çatdı
calendar 25 iyun 2023
clock 19:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Mingəçevir şəhərində yerləşən “Kür Hotel”də “Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi” başa çatıb.

Kulis.az xəbər verir ki, proqrama əsasən təlimçilər Orxan Şahbazın təqdimatında "Rəqəmsal beynin yaradıcı inkişafı", Fərid Məhərrəmlinin təqdimatında "Rəqəmsal marketinq və markaların rəqəmsallaşması", Vüqar Cəfərovun təqdimatında "Rəqəmsal maliyyə texnologiyaları" mövzusunda təlimlər, AEİNF-nin nümayəndələri tərəfindən "Virtual reallıq" ilə bağlı təlim və emalatxana çalışması baş tutub.

Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdilinin moderatorluğu və “Qərbi Azərbaycan İcması”nın mətbuat katibi Ülviyyə Zülfiqar, “Oxu.az” xəbər saytının köşə yazarı Kubra Məhərrəmmovanın iştirakı ilə "İnformasiya mühitində Azərbaycan maraqlarının qorunması" və Azərbaycan Elektron İdman növləri Federasiyasının baş katibi Gülməmməd Həsənov, “GMT” komandasının elektron idman direktoru Maksim Vikulov, elektron idman növləri üzrə peşəkar idmançı Tural Həsənov və elektron idman növləri üzrə peşəkar idmançı Orxan Tağıyevin iştirakı ilə "Elektron sport" mövzusunda panel müzakirələri keçirilib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının katibi Müşərrəf Məmmədovanın iştirakı ilə "Kibergigiyena və dezinformasiya", İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin baş layihə rəhbəri Camal Ağayevin iştirakı ilə "İnnovativ sahibkarlıq üçün başlanğıc terminologiyası", biznes influnseri Fəridə Əsgərzadənin iştirakı ilə "Biznesdə rəqəmsal transformasiya" mövzusunda görüşlər təşkil olunub.

Qeyd edək ki, layihə çərçivəsində gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə "Social night", şəhər gəzintisi, film saatı, "Playstation 5" çempionatı və "Nə? Harada? Nə zaman?" intellektual yarışı təşkil olunub. Gəzinti zamanı Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi, Mingəçevir şəhər Tarix Muzeyi və Dövlət Rəmzləri Muzeyinə ekskursiya baş tutub. Film saatı zamanı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı ərsəyə gələn “Generalın planı” adlı sənədli film nümayiş olunub.

Layihə çərçivəsində hər günün sonu "Enerjini Paylaş" devizli mədəni-kütləvi tədbirlə başa çatıb. DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli və maraqlı anlar yaşanıb.

Ümumilikdə, layihə çərçivəsində müxtəlif mövzularda qeyri-formal təhsil metodikası ilə 4 görüş, 5 təlim, 3 panel müzakirəsi, 1 emalatxana çalışması, 5 mədəni-kütləvi tədbir, 3 gəzinti, 1 film saatı, 2 virtual və 1 intellektual yarış baş tutub.

# 816 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news