Günay Əfəndiyeva “Çingiz Aytmatov medalı”na layiq görüldü

Günay Əfəndiyeva

Günay Əfəndiyeva

calendar 13 yanvar 2022
clock 19:17

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstanın və bütün türk dünyasının böyük yazıçısı “Çingiz Aytmatov medalı” ilə təltif olunub.

Kulis.az xəbər verir ki, Günay Əfəndiyeva bu medala Çingiz Aytmatov irsinin, Qırğızıstanın və bütövlükdə, türk dünyasının zəngin mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində çoxşaxəli fəaliyyətinə görə layiq görülüb. Medal Fondun prezidentinə Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanaliyev tərəfindən təqdim olunub.

Qeyd edək ki, ötən illər ərzində Fond ilə təşkilatın qurucu üzv dövlətlərindən olan Qırğızıstan arasında əməkdaşlıq çərçivəsində müxtəlif səviyyəli görüşlər baş tutub və Qırğızıstanın mədəni irsinin təbliği ilə bağlı layihələr həyata keçirilib.

Fond tərəfindən Azərbaycanda görkəmli yazıçı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib, ədibin “Cəmilə” povesti əsasında qırğız dilində hazırlanmış tamaşa nümayiş olunub.

Həmçinin, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmanaliyev Fondu bir neçə dəfə ziyarət edərək, təşkilatın kitabxanasına ölkəsinin mədəniyyətini, tarixini və adət-ənənələrini əks etdirən kitablar, Fondun muzeyinə isə – qədim qırğız musiqi aləti komuz bağışlayıb.

# 1883 dəfə oxunub

Oxşar xəbərlər

Aslan Kənan

Aslan Kənan

15:43 15 oktyabr 2025
"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Norma
Norma
menu pen all_news