Günel Mövluddan Rasim Qaracaya sərt cavab: “Övladlığa götürüm?” 

Rasim Qaraca, Günel Mövlud

Rasim Qaraca, Günel Mövlud

calendar 14 dekabr 2021
clock 13:15

Norveçdə yaşayan şair-yazıçı Günel Mövlud Rasim Qaracanın onun haqqında səsləndirdiyi fikirlərə öz feysbuk səhifəsində münasibət bildirib:

“Rasim Qaraca müsahibəsində deyib ki, Aqşin, Seymur, Günel öz şöhrətlərinin əsirinə çevrildilər, sonrakı gənc nəsilə dəstək vermədilər. Yazıq canım, bir sual üçün zəng edən gənc yazara saatlarla nəsə izah edirəm, yazılarını oxuyuram, məsləhət verirəm, bir ildir yazı dərsləri keçirəm, daha nə edim gənc yazarlara, övladlığa götürüm?”

Xatırladaq ki, bir neçə gün əvvəl tanınmış şair, yazıçı Rasim Qaraca öz müsahibəsində Aqşin Yeniseyin, Əli Əkbərin, Günel Mövludun, Seymur Baycanın adını çəkərək onların yaratdığı dalğanın özlərindən sonra davamı olmadığını deyib:

“Adını çəkdiyin yazarlar yaxşı nümunə sərgilədilər, hər birinin ədəbiyyat sahəsində atdığı addımları qəhrəmanlıq saymaq olar. Ancaq onların yaratdığı dalğa özündən sonra yeni dalğa yaratmadı. Bəlkə də onların nəzərləri daha çox öz şəxsi pesonalarına yönəldi, ədəbiyyata gələn boz axın içərisindən parlaq imzaları seçib onlara dəstək vermədilər – yeni dalğa yalnız bu cür yarana bilərdi, – bu yönləriylə hər zaman tənqid etdikləri yaşlı nəslə bənzədilər. Özünə qapanmaq, öz şöhrətinin əsirinə çevrilmək yazıçı üçün çox təhlükəlidir. Təsadüfi deyil ki, adını çəkdiyiniz yazarların heç biri öz əvvəlki səviyyələrini qoruya bilmədi”.

# 2962 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news