“Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” kitabı təqdim olundu

“Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” kitabı təqdim olundu
calendar 11 sentyabr 2024
clock 10:00

Sentyabrın 10-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında filologiya üzrə elmlər doktoru Esmira Fuadın “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitabının təqdimat mərasimi olub.

Kulis.az xəbər verir ki, kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə çap olunub.

Kitabda ilk olaraq "Kürəkçay", "Gülüstan" və "Türkmənçay" sülh müqavilələri yer alıb. Daha sonra Güney Azərbaycanın tarixi abidələri vərəqlənir, adət-ənənələr, bayramların tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri ədəbi müstəviyə gətirilir.

Dad və zənginliklə milliliyin vəhdətini özündə yansıdan Güney Azərbaycan mətbəxinin özəllikləri açıqlanır. Folklorunun, şifahi xalq ədəbiyyatının bir çox janrları örnəklərə söykənərək təhlil olunur, Təbriz folklor nümunələrinə Sürəyya xan Şapşalın baxış bucağından nəzər salınır. Asif Atanın (Əfəndiyev) Güney Azərbaycanla bağlı düşüncələri açıqlanır. Güneydə nəsr, tərcümə ədəbiyyatı və yayım məsələləri təhlil edilir, real vəziyyət və çapa təqdim olunmuş əsərlərdən qısa şəkildə söz açılır.

# 450 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news