Güneyli soydaşlarımız nə üçün mübarizə aparır?

Aqşin Yenisey, yazıçı

Aqşin Yenisey, yazıçı

calendar 30 yanvar 2023
clock 14:00

Orda-burda danışırlar: Güneyli soydaşlarımız müstəqillik yox, molla rejimindən qurtulmaq istəyir. Cəfəngiyyatdır. Eyni rejimin ateist, hətta nisbətən sivil forması 1990-lara qədər bizim başımızın üstündə idi. Bəyəm bizim azadlıq davamız, sadəcə, kommunist rejimdən qurtulmaq davası idi? Bəyəm biz öz qanımızı "pis rus" və "yaxşı rus" uğrunda axıdırdıq?

Təqiblərə, təhqirlərə qalsa, cənubdakı azərbaycanlılar şah dövründə daha pis əzilirdilər. Çünki Sasani kimliyini İrana qaytarmaq istəyən şah İrandakı bütün xalqları farslaşdırmaq siyasəti yürüdürdü, milli kimliklərə divan tuturdu. Türkdilli məktəbləri İranda şah qadağan edib. Əksinə, molla rejimi şahın əzdiyi milli kimliklərə dini kimlik adı altında bərabərhüquqluluq statusu verdi. İranın indiki ideoloji gücü də bu statusdadır.

Demək istəyirəm ki, 40 milyonluq xalqın azadlıq davasını "yaxşı fars" - "pis fars" uğrunda gedən əbləh mübarizə kimi anlamaq və təbliğ etməyə haqqımız yoxdur.

Onda SSRİ dağılanda özümüz ruslara niyə demədik ki, ay brat, bizə müstəqil dövlət filan lazım deyil, içinizdən bir dənə "rıjı" "yaxşı oğlan" seçin, gəlib bizə yiyə dursun?

# 3575 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news