Gürcü şairi Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu

Gürcü şairi Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu
calendar 4 mart 2024
clock 16:00

Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib.

Kulis.az xəbər verir ki, şairin yaradıcılığı haqqında yazılmış ön sözlə açılan kitaba müəllifin vətən, sevgi, həyat və ölüm mövzularında qələmə aldığı “Yol”, “İlahi səs”, “Şükranlıq”, “Tənhalıq məbədi”, “Etiraf”, “Görüş”, “Həqiqət” və digər bu kimi şeirləri daxil edilib.

Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan Makvala Qonaşvili beynəlxalq poeziya müstəvisində “Lalələr tonqalı”, “Günəşin göz yaşları”, “Mən sizi sevirəm”, “Adlar və simalar”, “Çağırış”, “Buradan sizə qədər” kimi şeir kitabları ilə tanınıb.

Kitabın “Ön söz” müəllifi tanınmış yazıçı Etimad Başkeçid, gürcü dilindən tərcümə müəllifi şair İmir Məmmədli, redaktoru şair Mahir N.Qarayev və Şəfiqə Şəfadır.

# 851 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news