“Hədis” filmi Asiyanın festival müsabiqəsində

“Hədis” filmi Asiyanın festival müsabiqəsində
calendar 1 avqust 2023
clock 12:33

Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzinin maliyyə və ideya dəstəyi ilə “Animafilm Studio” studiyası tərəfindən istehsal edilən “Hədis” qısametrajlı animasiya filmi Cənubi Koreyanın 25-ci Bucheon Beynəlxalq Animasiya Festivalının əsas müsabiqə proqramına daxil edilib.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycan Animasiya Assosiasiyası məlumat yayıb.

Festival 20-24 oktyabr tarixlərində Bucheon şəhərində keçiriləcək.

Ekran əsəri 101 ölkə üzrə 3015 film arasından seçilib. Qısametrajlı kateqoriyada yarışa cəmi 84 film layiq görülüb.

“Hədis” qısametrajlı animasiya filmi haqq-ədalət uğrunda mübarizə aparan gənc qızdan bəhs edir və 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub, İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.

Bundan öncə ekran əsərinin beynəlxalq premyerası dünyanın ən böyük animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təşkil olunub.

Qeyd edək ki, filmin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və N.Ağamalıyevadır.

# 810 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news