Həyata bax, necə gözəl yalandı – Günün şeiri

Aqşin Yenisey, şair

Aqşin Yenisey, şair

calendar 5 sentyabr 2022
clock 10:40

Bu gün çağdaş Azərbaycan poeziyasının ən tanınmış imzalarından biri olan Aqşin Yeniseyin doğum günüdür. Kulis.az bu münasibətlə onun dillər əzbəri olan “Şəkil” şeirini təqdim edir.


Evdə təkəm,
şəklinə baxıram
Zəng eləyir arvadımın xalası…
Yağış yağır çəkdirdiyin şəkildə
Bir it də var,
arsız həyət tulası.

Yağış yağır çəkdirdiyin şəkildə
Hətta bir az külək əsir, sazaqlı.
Sol yanında hüzünlü bir uzaq var
Şəkillərdə yaxşı düşür uzaqlıq.

Bir kişi də keçir arxa tərəfdən
Heç baxmırsan,
gözün elə məndədir.
Həyata bax, necə gözəl yalandı
Gecə keçir,
ömür qalır,
gün gedir.

O kişidən mənim gözüm su içmir
O kişini tanımırıq sən, ya mən.
O kişini evdən qova bilmirəm
Neçə ildir, bizdə qalır şəkilnən.

Gecə hərdən hürür həyət tulası
- Ay it! Ay it!
Çımxırıram şəklə.
Bu şəkildə özündən də gözəlsən
Necə edim bu şəklə çəkiləm?

Bir uşaq da bərk-bərk tutub əlindən
Sağın uşaq,
sol tərəfin uzaqlıq.
Mən bilirəm,
şəkillərə çəkilib
Qocalıqdan daldalanır uşaqlıq.

Bilirəm ki, yorulmusan şəkildə
Necə alım əlindəki səbəti.
Necə öpüm yanındakı uşağı?
Necə qovum
o kişini, o iti?

Necə qovum,
kişi bəlkə ərindir?
Uşaq sizin,
it də evin tulası.
Evdə təkəm,
şəklinə baxıram
Zəng eləyir arvadımın xalası.

# 2317 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news