Hidayət Elnur Məmmədli kimi olmasın

Hidayət Elnur Məmmədli kimi olmasın
calendar 30 iyul 2024
clock 21:00

Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

“Hidayət Heydərov Olimpiya çempionu oldu”.

Axşam yorğun-arğın evə qayıda rast oldum bu xəbərə…

Bir anda hər şey aydınlandı sanki. “Forrest Qamp” filminin qəhrəmanı kimi bədənimdəki bütün yorğunluq zəncirlərini qırdım…

Ancaq bu hiss mənə də, elə sənə də tanışdır.

Biz bu hissi 2008-ci ildə də yaşamışdıq Elnur Məmmədli sayəsində…

***

Bu qələbənin dadı isə başqadır.

Bu qələbə böyük qələbəmizdən, torpaqlarımızın azad olunmasından sonra Parisdə qazanıldı.

2020-ci ildə ordumuz qələbənin mahiyyətini dəyişdi.

Bütün qələbələrimiz yarımçıq idi ona qədər…

Bu dəfə isə bütün Azərbaycan ürəkdən sevindi.

Himnimiz Parisdə səsləndi.

Hidayətin gözlərindəki qürur bu qələbənin rəsmi idi.

Elnur Məmmədli ilə fotosu diqqətimiz çəkdi.

Saçları tökülmüş Elnur Məmmədli…

Açığı, ilk dəfədir onu belə görürdüm.

Yaddaşımın duru yerində tamam başqa fotosu asılı idi Elnurun.

Yəqin ki, elə o foto ilə də qalacaq yaddaşımızda.

Elnura o illərdə böyük inam var idi. Hamı qələbənin davamını gözləyirdi ondan…

Ancaq olmadı, alınmadı.

Tək onda deyil, əksər idmançımızda vəziyyət eynidi. Bütün qələbələrimiz biratımlıqdır.

Qələbədən sonra bir arxayınlıq yaranır.

“Elədiyimi elədim” düşüncəsi…

Başqa ölkələrdən olan idmançılara baxıram, eləsi var 3-cü, 4-cü dəfədir qatılır Olimpiadaya.

Çempion da olublar ha. Ancaq yenə də davamını gətirmək istəyirlər.

Heç nə bitməyib onlar üçün.

Düzdü, bizdə də Mariya Stadnik 5-ci dəfədir qatılır Olimpiadaya.

O da Ukrayna ruhunun sayəsində.

***

Ümid eləyirəm ki, Hidayət bu tilsimi qıracaq.

Qələbələrinin davamını gətirəcək.

Bayrağımız hələ çox səmalarda dalğalanacaq.

Himnimiz hələ çox ürəklərdə döyünəcək.

# 5455 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news