Hindistan gənc kinematoqrafçıları dəvət edir

Hindistan gənc kinematoqrafçıları dəvət edir
calendar 14 iyun 2024
clock 16:00

Alpavirama Beynəlxalq Gənclər Filmləri Festivalının builki 7-ci buraxılışı 15-19 oktyabr 2024-cü il tarixlərində baş tutacaq.

Kulis.az xəbər verir ki, bu il festivalın mövzusu, gənc kinorejissorların gözü ilə reallığın portretini görmək üçün “Əks olunan reallıqlar” elan edilib.

Festival, yaşı 30-dan az olan kinorejissorların (xronometrajı 30 dəqiqədən çox olmamaq şərtilə) çəkdikləri qısametrajlı bədii və sənədli filmlərin qəbulu üçün açıqdır. Müraciətlərin təqdim edilməsi üçün son tarix 2024-cü il 30 iyundur.

Alpavirama gənc yaradıcı insanlara (30 yaşa qədər) həsr olunmuş bütün müsabiqələri özündə əks etdirən unikal festivaldır. 2011-ci ildən bəri keçirilən bu festival, Qucaratın ən uzunmüddətli davam edən festivalıdır. 30-dan çox ölkənin iştirak etdiyi Alpavirama, yaradıcı gənclər üçün dünya miqyasında tanınmış festivaldır. Milli Dizayn İnstitutunun Əhmədabadda təşkil etdiyi festival dünyanın hər yerindən yaradıcı gənclər arasında ideya və mədəni mübadilə üçün canlı mühit yaradır. Alpavirama tələbələr də daxil olmaqla, gənc kinorejissorlara həsr olunmuş platformaya çevrilməyi hədəf götürüb. Festivalın məqsədi, gənclərin kinodakı fəaliyyətini qeyd etmək və onları yaradıcı sənayedə gələcək liderlər olmaq üçün dəstəkləməkdir. Son onilliklər ərzində Əhmədabad Milli Dizayn İnstitutu Əhmədabad və Qucarat mədəniyyətini və irsini bütün dünyada təbliğ etmək üçün əhəmiyyətli töhfə vermişdir. Müxtəlif müsabiqələrdə iştirak edən kinematoqrafçılar, Hindistandan və xaricdən gəlmiş yüksək səviyyəli kino mütəxəssisləri ilə formalaşmış münsiflər heyəti komandası, ustad dərsləri və seminarlar ilə bizə qoşulurlar.

Mükafatlar: Hər bir müsabiqə kateqoriyasında ən yaxşı filmlərə həvəsləndirici pul mükafatı, kubok və sertifikat da daxil olmaqla, “Qızıl Vergül” və “Gümüş Vergül” mükafatları da təqdim olunur. Festival, adı qısa siyahıya düşmüş gənc kinorejissorları festivalda iştirak etmək üçün yol xərcləri və yataqxana ilə təmin edir.

Hər kateqoriyada seçilən ən yaxşı ekran əsərləri 5 lakh INR (6000 ABŞ dolları) məbləğində pul mükafatı, kuboklar və sertifikatlar ilə mükafatlandırılacaqlar. Bundan əlavə, qısa siyahıya seçilmiş bütün müraciətçilər sertifikatla təmin olunacaq.

https://alpavirama.nid.edu
[email protected] ünvanına əlavə suallarınızla bağlı yaza bilərsiniz.

# 540 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news