"IB Club"a yeni direktor təyin olundu

"IB Club"a yeni direktor təyin olundu
calendar 6 aprel 2022
clock 19:00

IB Club Gənclərin İnkişaf Mərkəzində yeni təyinat olub.

Mərkəzdən Kulis.az-a verilən məlumata görə, Müşahidə Şurasının qərarı ilə Ümid Orucov direktor təyin olunub.

Ümid Orucov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur və hazırda Türkiyənin Atatürk Universitetinin magistrantıdır. O, bir çox beynəlxalq və yerli layihələrdə, eyni zamanda “IB Club” və digər gənclər təşkilatlarında fəallığı ilə seçilib. Bir çox özəl və dövlət qurumlarında İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri, məsul katib, mətbuat nümayəndəsi və müxtəlif vəzifələrdə çalışıb. “IB Club”un bir sıra böyük tədbir və layihələrinə təşkilatçılıq edib.

Azərbaycanda ilk və ən böyük gənclər mərkəzlərindən biri olan, özündə 25 000-ə yaxın üzvü birləşdirən “IB Club” Gənclərin İnkişaf Mərkəzi 6 mart 2010-cu ildən fəaliyyət göstərir. 6 mart 2022-ci ildə Mərkəz 12 yaşını qeyd etmiş və yeni ofisinin açılışını etmişdir.

Mərkəz “Öyrən, Əylən, Yaşa!” devizi altında fəaliyyətini davam etdirir. 2020-ci ildən Gənclər Təşkilatları Milli Şurasının tamhüquqlu üzvü, 2022-ci ildən isə Avropa İttifaqının “Erasmus+” proqramının peşəkar təşkilatı olan QarajErasmus Fondunun Azərbaycan üzrə üzvüdür. Mərkəzin əsas fəaliyyət istiqaməti gənclərin dil biliklərinin artırılması, onlar arasında intellektual oyunların keçirilməsi, gənclərin sahibkarlıq fəaliyyətinə marağın yaradılması, müxtəlif xaricdə təhsil proqramlarına gənclərin cəlb olunmasıdır. İndiyə qədər Mərkəz “IB Gənclər Məclisi”, “Youth in Business”, 11 0001 gəncin iştirakı ilə “IB Gənclər Festivalı”, “Kəpənək Effekti” və s. böyük layihələrə imza atmışdır.

# 2005 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news