“İçərişəhər Heydər Əliyevin izi ilə” sənədli filminin təqdimatı oldu

“İçərişəhər Heydər Əliyevin izi ilə”  sənədli filminin təqdimatı oldu
calendar 30 dekabr 2023
clock 10:17

Bakı Marionet Teatrında “Heydər Əliyev İli” çərçivəsində İctimai Televiziya və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə istehsal etdiyi “İçərişəhər Heydər Əliyevin izi ilə” sənədli filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə ictimaiyyət, mədəniyyət, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra “İçərişəhər Heydər Əliyevin izi ilə” sənədli filmi nümayiş olunub. Ekran əsəri Ümummilli Lider Heydər Əliyevin İçərişəhərə, mədəniyyətimizə, sənət nümayəndələrinə göstərdiyi xüsusi diqqət və qayğısından bəhs edir.

Nümayişdən sonra çıxış edən yaradıcı heyət filmin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin İçərişəhərin inkişafına çox böyük təsiri olub. O bildirib ki, film çox qısa müddətdə çəkilib. Ekran əsərinin qəhrəmanlarının hər biri vaxtilə Ulu Öndərlə təmasda olub, onların İçərişəhərin təbliğində və təşviqində böyük rolu var. Ş.Seyidzadə yaradıcı komandaya, əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib.

Filmdə Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Elbay Qasımzadə, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Səlhab Məmmədov, Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, İçərişəhərə ayırdığı diqqətdən danışıblar.

# 743 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news