II “4.4” Qısa Tamaşalar Festivalı başa çatıb

II “4.4” Qısa Tamaşalar Festivalı başa çatıb
calendar 2 dekabr 2022
clock 18:50

Mədəniyyət Nazirliyi və "Teatro.az" sənət portalının birgə təşkilatçılığı ilə keçirilən II "4.4" Qısa Tamaşalar Festivalına yekun vurulub.

Kulis.az xəbər verir ki, "Şuşa İli"nə həsr olunmuş festival maraqlı səhnə əsərlərinin nümayişi, panel müzakirələr, ustad dərsləri ilə yadda qalıb.

Festival pandemiya dövründə durğunlaşmış teatr mühitini yenidən canlandırmaq, teatra yeni nəfəs vermək məqsədilə keçirilib.

Bu dəfə festivala göndərilən 20 tamaşadan nümayiş üçün 12-si seçilib. Onlardan 6-sı Bakı, 4-ü bölgələrdə fəaliyyət göstərən dövlət teatrları, 2-si isə müstəqil teatrlara aiddir.

Proqramda müxtəlif ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Builki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı "Kreyser sonatası" tamaşasına da baxıblar.

Beş gün davam edən festivala qalib tamaşaların mükafatlandırılması ilə yekun vurulub.

# 1076 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news