İlham Qəhrəmanın iki kitabı çap olundu

İlham Qəhrəmanın iki kitabı çap olundu
calendar 15 fevral 2024
clock 17:00

Müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən olan İlham Qəhrəmanın iki kitabı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitablar şairin folklor seriyasından sayca yeddinci nəşridir.

“Dəyirmanın su dərdi” kitabında onun son illərdə qələmə aldığı cinas qafiyəli 275 müəllif bayatısı toplanıb. Bayatıların mövzusu əsasən sevgidən, ömür yolundan və Qarabağ müharibəsindən bəhs edir.

“Laçın lətifələri” kitabında 30 ilə yaxın müddətdə köçkün həyatı yaşamış Laçın camaatından müəllifin topladığı orijinal lətifələrlə yanaşı, Molla Nəsrəddin kimi xalq arasında məşhur gülüş qəhrəmanı ilə bağlı indiyədək heç bir yerdə çap olunmamış lətifələr də yer alıb.

Qeyd edək ki, İlham Qəhrəman “Laçın lətifələri”nin yeni nəşrini Laçın şəhərinin salınmasının 100 illiyinə həsr edib.

# 797 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news