İmadəddin Nəsiminin Suriyanın Hələb şəhərindəki məzarı - Foto

İmadəddin Nəsiminin Suriyanın Hələb şəhərindəki məzarı - Foto
calendar 20 oktyabr 2023
clock 11:00

Sosial şəbəkələrdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin Suriyanın Hələb şəhərindəki “Nəsimi təkyəsi” adlanan məqbərədə yerləşən məzarının fotosu yayılıb.

Kulis.az sözügedən fotonu təqdim edir.


Fotolar Orxan Əzimindir

Xatırladaq ki, filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanıb. Mənsur Həllacla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzinə çevrilib. Onun əsərləri bir çox dillərə çevrilib və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid ediblər. Nəsiminin şeirlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliğ etmək üstündə bir çoxları əzablara qatlaşıb, hətta canlarından da keçiblər.

Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirib. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazıb.

İmadəddin Nəsimi qəzəllərini əsasən əruz vəznində yazıb. Onun yaradıcılığının uğuru da məhz əruz vəznində yazdığı lirik şeirlərdədir. O, əruz vəzni ilə türk dilini daha yaxşı ahəngə salıb. İmadəddin Nəsimi Divan ədəbiyyatının banisi sayılır. Onun ərəb dilində divan ədəbiyyatı olması barədə heç bir yerdə məlumat yoxdur. Lakin o, fars dilində beş mindən artıq misrası olan divan yaradıb. Azərbaycan dilində isə bu rəqəmlər daha artıqdır. Onun türk dilində yaratdığı divanda misra on beş min təşkil edir.

Nəsimi təkcə Azərbaycan ədəbiyyatında deyil, bütün şərq dövlətlərində yazıb yaratmış və bununla da tanınmış şair olub. O, istər türk, istərsə də fars ədəbiyyatında çox mühüm uğurlar qazanıb. Nəsimi Hurufi sənətkar olduğu üçün o, insan münasibətlərinə ciddi önəm verib. Həm ilahi, həm də insani keyfiyyətlərə məxsus olan şair gözəl şeirləri ilə insanları valeh eləməyi daha yaxşı bacarıb.

Nəsimi dilin zənginliyindən çox məharətlə istifadə eləyir. Hətta şeirlərində daha çox kitab sözlərindən, aforizmlərdən xeyli istifadə edib.

# 1279 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news