İradə Əlili ilə görüş keçirildi

İradə Əlili ilə görüş keçirildi
calendar 29 may 2024
clock 17:30

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə jurnalist, yazar, Prezident təqaüdçüsü, mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili ilə yazıçının 60 illik yubleyi münasibətilə “Hophopnamə” Kitab Mərkəzində oxucuları ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Mil-Muğan Regional Gənclər və İdman İdarəsin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Tədbirin moderatoru Ağalar Ağammədov yazıçının həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verib.
Daha sonra görüş haqqında xoş təəsüratlarını bölüşən yazar görüşün təşkili üçün təşkilatçılara təşəkkür edib.
Yazarın öz şeirlərini səsləndirməsini iştirakçılar həvəslə dinləyiblər, eyni zamanda tədbirdə şairənin şeirlərinə bəstələnmiş mahnılar da ifa edilib.

Tədbirdə çıxış edənlər yazıçı ilə bağlı xoş təəssüratlarını bölüşüblər, 60 illik yubleyi münasibətilə yazıçını təbrik edərək gül dəstələri və hədiyyələr təqdim ediblər.

Görüş qonaqlar tərəfindən böyük maraqla qarşılanaraq yüksək əhval-ruhiyyə ilə başa çatıb.

Sonda İradə Əlili ilə xatirə şəkilləri çəkilib.

# 1452 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news