İsraildə “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan” adlı layihə keçiriləcək

İsraildə “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan”  adlı layihə keçiriləcək
calendar 18 yanvar 2020
clock 13:44

İsrailin Təl-Əviv şəhərində yerləşən Rusiya Mədəniyyət Mərkəzində “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan” layihəsi çərçivəsində tədbir keçirilməsi planlaşdırılır.

Kulis.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı A. Aqarunovun xatirəsinə həsr olunacaq tədbir Azərbaycan Gənclər Fondu, “Mədəni Əlaqələrin İnkişafına Dəstək” ib və “AZİZ” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Layihə İsraildə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə hazırlanır.

Tədbirin bədii hissəsində Xalq artisti Zümrüd Məmmədova, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), İlahə İsrafilova (bəstəkar) və İsraildə təhsil alan azərbaycanlı peşəkar skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimlinin iştirakı gözlənilir.
Həmçinin tədbirdə Ü. Hacıbəyli, V. Adıgözəlov, Q. Qarayev, F. Əlizadə, İ.İsrafilova, K. Əkbərov, A. Əzizova əsərləri ilə yanaşı, xarici klassik bəstəkarların yaradıcılığından əsərlər səsləndiriləcək. Qeyd edək ki, sözügedən layihənin rəhbəri gənc bəstəkar İlahə İsrafilovadır.

# 291 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news