IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu işə başladı

IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu  işə başladı
calendar 16 noyabr 2023
clock 18:45

Sankt-Peterburqda IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb.

Kulis.az xəbər verir ki, tədbirdə 73 dövlətdən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir. Azərbaycan tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə böyük nümayəndə heyəti ilə təmsil olunur.

Forum 3 ildən sonra fəaliyyətini bərpa edib. Belə ki, ötən dövr ərzində COVID-19 pandemiyası və Rusiyanın Ukraynada hərbi əməliyyata başlaması ilə əlaqədar forum təxirə salınmışdı.

Noyabrın 18-dək davam edəcək forumun gündəliyi kifayət qədər zəngindir. Builki tədbirin proqramı 9 tematik blokdan, o cümlədən kino, teatr, muzey, süni intellekt və digər mövzulardan ibarətdir. Tədbir çərçivəsində Azərbaycan naziri Adil Kərimlinin rusiyalı həmkarı Olqa Lyubimova ilə görüşü, Dövlət Ermitajında Azərbaycan zalı, dahi bəstəkar Üzeyir Hacıbəylinin Rusiyanın Şimal paytaxtinda ucaldılacaq abidəsinin məkanı ilə tanışlığı gözlənilir. Bundan başqa, səfər çərçivəsində nazirin forumun plenar iclasında iştirakı, həmçinin də “Mədəni suverenlik dövlət kimliyinin əsası kimi” adlı tədbirdə çıxışı nəzərdə tutulub.

Forumun bölmələr üzrə iclaslarında Mədəniyyət Nazirliyinin nümayəndələrinin “Süni intellekt – mədəniyyətə təhlükə və ya fayda”, “Ənənəvi mədəniyyət sivil cəmiyyətin qurulmasının təməli kimi” və “Teatr” mövzularında çıxışları nəzərdə tutulur.

Forumun sonunda “Ermitaj” mükafatının təntənəli təqdimat mərasimi keçiriləcək.

AZƏRTAC

# 878 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news