Beynəlaxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə keçiriləcək III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayır.
Kulis.az xəbər verir ki, festival 24-31 may tarixində Elmlər Akademiyasının parkında təşkil ediləcək.
Festival çərçivəsində 28 may tarixdə tanınmış yazıçı-psixoloq İlqar Kamilin "Kamil insan olmaq" adlı mühazirəsi baş tutacaq.
- Səlim Babullaoğlu və İlqar Fəhminin imza günü olacaq
- Bir batalyonu ölümdən xilas edən əsgər - Vüsal Bağırlı
- Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi
Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group, Mədəniyyət kanalı və Bizim Medianın təşkilati dəstəyi ilə həyata keçiriləcək.