Koppolanın "Meqalopolis" filminin treyleri silindi

Koppolanın "Meqalopolis" filminin treyleri silindi
calendar 22 avqust 2024
clock 12:55

"Xaç atası" filminin rejissoru Frensis Ford Koppolanın uzun müddətdir üzərində işlədiyi "Meqalopolis" filmi yekunlaşmaq üzrədir.

Kulis.az xəbər verir ki, səbirsizliklə gözlənilən filmin yeni treyleri böyük reaksiyalara səbəb olub.

Yayımlanan treylerdə məşhur kino tənqidçilərinin sitatları yer alıb, lakin sitatların uydurma olduğu üzə çıxıb.

Frensis Ford Koppolanın "Meqapolis" filminin treyleri silindi: Saxta sitatlar reaksiya verdi - 2

"Lionsgate" kino şirkəti treyleri tez bir zamanda yayımdan çıxarıb.

Treylerdə Koppolanın əvvəlki işini tənqid edən tənqidçilərdən bir neçə fikir qeyd olunub.

Treylerdə "Roger Ebert"in "üslubun maddə üzərində qələbəsi" sitatından başqa sitatların əksəriyyətinin mənbəyi açıqlanmır. Bu sitat da, əslində, treylerdə deyildiyi kimi "Drakula" haqqında deyil, "Batman"ın 1989-cu ildəki versiyası haqqında yazılan resenziyadan götürülüb.

Frensis Ford Koppolanın "Meqapolis" filminin treyleri silindi: Saxta sitatlar reaksiya verdi - 4

Keçən ay Koppolanın filmin çəkiliş meydançasında epizodik rollarda oynayan gənc qadınları öpməyə çalışdığı haqda xəbərlər yayılmışdı. İşçilər rejissorun çəkiliş zamanı qeyri-peşəkar davranışı haqqında ətraflı açıqlamalar veriblər.

Francis Ford Coppola imzalı "Megalopolis"in fragmanı kaldırıldı: Sahte alıntılar tepki çekti - 5

Adam Drayver, Forest Viteyker, Nathali Emmanuel, Con Voyt, Lourens Fişburn, Obri Plaza, Şaya Labaf, Xloy faynman, Ketrin Hanter və Dastin Hoffmanın oynadığı "Meqalopolis" sentyabrın 27-də ABŞ-də nümayiş olunacaq.

Dünya premyerası Kann Film Festivalında olan 135 dəqiqəlik film dağıdıcı fəlakətdən sonra Nyu Yorku yenidən qurmaq istəyən bir memarın hekayəsindən bəhs edir.

Ülvi Bahadır

# 486 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news