“Koroğlu” operasının 85 illiyi qeyd olundu

Üzeyir Hacıbəyli

Üzeyir Hacıbəyli

calendar 29 aprel 2022
clock 18:20

Aprelin 29-da Üzeyir Hacıbəylinin ev-muzeyində “Şuşa İli” çərçivəsində Üzeyir Hacıbəylinin “Koroğlu “ operasının 85 illiyinə həsr olunan tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri, ziyalılar, eləcə də media nümayəndələri iştirak ediblər.

Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov 1937 il aprelin 30-da ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası barədə məlumat verib. O qeyd edib ki, “Koroğlu” operası Üzeyir Hacıbəyli yaradıcılığının şah əsəri, ən yüksək zirvəsidir. Əsər milli opera sənətimizin ən dəyərli nümunələrindən biri kimi yarandığı gündən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında öz layiqli yerini tutur: “Bu opera həm Üzeyir bəyin, həm də Azərbaycan bəstəkarlarının yaradıcılığında bir zirvə, dünya musiqisinə ən qiymətli bir töhfədir. Üzeyir Hacıbəylinin ən böyük arzusu dünyanin ən böyük operaları sırasına yer tuta bilən bir opera yaratmaq idi. Böyük bəstəkar “Koroğlu” operasını yazmaqla ilə bu arzusuna çatdı. Operanın premyerasında tamaşaçı qismində iştirak edən 20 yaşli bəstəkar Qara Qarayev öz təəssüratını bölüşərək demişdi ki, bu, təkcə bir operanın təntənəsi deyildi, böyük bir millətin bir möhtəşəm sənət əsərinə olan sevgisi, sevinci idi”.

Xalq artisti Əflatun Nemətzadə “Koroğlu “operasının möhtəşəmliyi və onun dünya miqyasında böyük maraqla qarşılandığını qeyd edib.

Tədbirin davamında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığı və eləcə də onun “Koroğlu” operası haqqında digər iştirakçıların da məruzələri dinlənilib.

Qeyd edilib ki, Azərbaycanın mədəniyyət tarixində misilsiz xidmətləri olan Üzeyir bəyin ana yurdu musiqi-sənət beşiyi Şuşa şəhəridir. Dahi bəstəkar Üzeyir Hacıbəylinin, eləcə də onun qardaşlarının musiqi istedadı Azərbaycanın ən qədim və gözəl guşələrindən olan Qarabağın, Şuşa şəhərinin zəngin musiqili mühitində formalaşıb. Üzeyir Hacıbəyli bütün ömrünü, bilik və bacarığını müasir mədəniyyətin, musiqi elmi və musiqi sənətinin inkişafına sərf edib. Dahi bəstəkar Üzeyir Hacıbəyli bənzərsiz yaradıcılığı ilə adını Azərbaycanın musiqi mədəniyyəti tarixinə əbədi yazdıran böyük sənətkardır. Onun yaratdığı bəstəkarlıq məktəbi gələcəkdə də yeni musiqiçi nəsillərin yetişməsinə öz töhfəsini verəcək.

Tədbir bədii hissə ilə davam edib.

# 1938 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news