Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı - Açıqlama

Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı - Açıqlama
calendar 18 iyun 2021
clock 14:27

Əkrəm Əylislinin ürəyində problem yaranıb.

Bu barədə Kulis.az-a yazıçı özü açıqlama verib. O, bildirib ki, 2016-cı ildə gizli infarkt keçirib:

"Həmin vaxtdan ürəyimdə narahatlıqlar var. Ürəkdi də, bəzən imkan verir nəfəs alaq, bəzən sıxıntı verir. Bəzən insana elə gəlir ki, hər şey keçib, birdən də ağırlaşır. Ürəyin belə xasiyyətləri var".

Yazıçı səhhəti ilə bağlı həkimə müraciət etmədiyini deyib:

"Mən həkim nəzarətinə o qədər də güvənmirəm. 2002-ci ildə ürəyimdə çox ağır sıxıntılar yaranmışdı. O vaxt Mərkəzi Klinik Xəstəxanada müalicə almışam. Sonra ürəyimi xəstəlikdən yayındırmaq üçün getdim Əylisdə qaldım. Dediyim kimi, 2016-cı ildə də infarkt oldum".

Əkrəm Əylisli fürsətdən istifadə edib onunla bağlı yayılan xəbərlərdə jurnalistlərin yol verdiyi nöqsana da toxunub. O, bildirib ki, mətbuat onun "Daş yuxular" romanından sonra bütün titullarından məhrum edildiyini yazır. Lakin Ə. Əylisli qeyd edir ki, Xalq yazıçısı titulu ləğəv olunsa da, jurnalistlərin qeyd etdiyi kimi ordenləri ləğv edilməyib.

"Mənim 1984-cü ildə aldığım Əməkdar incəsənət xadimi adım yerində qalır. Jurnalistlərdən xahiş edirəm, belə informasiyaları yayımlayanda bir qədər məsuliyyətli olsunlar".

# 2760 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news