"Laçın-100" ədəbi antologiyası təqdim olunacaq

"Laçın-100" ədəbi antologiyası təqdim olunacaq
calendar 21 avqust 2024
clock 13:18

Avqustun 23-ü saat 12:00-da Atatürk Mərkəzində yeni çapdan çıxmış “Laçın-100 Ədəbi Antologiya”nın təqdimatı olacaq. Toplayanı və tərtibçisi şair-publisist İlham Qəhrəman olan kitab Laçın şəhərinin salınmasının 100 (1924-2024) illiyinə həsr olunub. Nəşrdə indiki Laçın ərazisində yazıb yaratmış şair, nasir və aşıqların yaradıcılığından nümunələr toplanıb. 400 illik dövrü əhatə edən antologiyanın poeziya bölümü Sarı Aşıq, Mir Həmzə Nigari kimi klassiklərin yaracılığıyla açılır.

Kulis.az xəbər verir ki, tərtibçinin axtarışlarının sayəsində XVII, XVIII və XIX əsrlərdə yaşamış, yaradıcılığı günümüzə tam gəlib çatmayan və adları ədəbi mühitə məlum olmayan Aşıq Alı (suvatlı), Əmir Bəy, Aşıq Abbas, Qara Kərim, Şair Məmmədalı, Aşıq Cəfərqulu kimi aşıq və şairlərin şeirlərindən nümunələr də kitabda yer almışdır.

Bundan başqa oxucu poeziya bölməsində Ağa Laçınlı, Hüseyn Kürdoğlu, Xasay Cabbarov, Malik Fərrux, Aydın Qədimoğlu, Məzahir Qarakeçdi, Nazim Əhmədli, Rəşad Məcid, Şərahil Laçın, İsa Mürsəloğlu, İlham Qəhrəman, Nadir Azayoğlu, Adil Şirin, Pərviz Axund, Arif Məmmədli, Seyid Malik, Zahir Abbas, Cəbrayıl Qəhrəman, Səddam Laçın, Roma Xosrov, Elgiz Xanlar kimi tanınmışların şeirlərindən nümunələrlə qarşılaşacaqlar. Tərtibçi kitabda laçınlı el şair və aşıqlarının yaradıcılığına da geniş yer vermişdir.

Nəsr bölüməsində Şərif Ağayar, Təranə Vahid, Fəxri Uğurlu, Həcər kimi imzaların ədəbi nümunələri var.

Şəhid və qazilər bölməsi Vətən müharibəsi qəhrəmanı şəhid Şahgündüz Cabbarovun şeirləriylə başlayır.

Yeni nəşr Laçın rayonunun söz xəritəsi kimi 98 müəllifin yaradıcılığından ibarətdir. 500 səhifəlik kitabın elmi redaktoru Tarix elmləri doktoru Solmaz Məhərrəmova, redaktoru Nigar İlhamqızıdır.

Tədbirə giriş sərbəstdir.

# 558 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news