Lalənin nağılı - Mina Rəşid yazır...

Mina Rəşid

Mina Rəşid

calendar 30 iyul 2022
clock 13:00

Kulis.az Mina Rəşidin "Lalənin nağılı" adlı yeni yazısını təqdim edir.

İlıq yaz günündə qaratikan kolunun yanında bir lalə bitdi. O, böyüdü, incə, düyməli boynunu günəşə sarı çevirdi. Günəş laləni salamladı. Lalə yanağında qara xalları olan gözəl bir çiçək açdı və ətrafına gülümsədi. Onu görən bütün quşlar, böcəklər, çiçəklər sevindilər... Təkcə qaratikan kolu təkəbbüründən tikanlarını çeynədi. Laləyə nifrətlə baxdı... Lalə bunu hiss etsə də, özünü bilməzliyə vurdu. Axı o qaratikan kolunu da sevirdi...

Düşünürdü ki, bu qısa ömründə ancaq yaxşı işlər görsün, heç kəsə, heç nəyə zərər verməsin. Qaratikan isə bütün günü onu fikirləşirdi. Görəsən, hansı yolla laləni məhv eləsin?..

Bir gün o tikanlarından ox düzəltdi. Amma külək onun hiyləsindən xəbər tutdu. Laləni düşmən oxundan xilas elədi. Qaratikan yeni bir plan qurmağa başlayarkən lalə öz qısa, mənalı ömrünün sona yaxınlaşdığını hiss edirdi. Amma o, bundan heç də kədərlənmirdi. Düşünürdü ki, bu Yaradanın hökmüdü. Bir çiçək açır, o biri solur...

Lalə gözlərini təbəssümlə yumdu. Onun ləçəkləri son dəfə küləyin nəğməsi ilə havada oynadı və sonsuzluğa qovuşdu. Birazdan yeni balaca düymədən qəçəng bir çiçək açıldı və günəşə gülümsədi...

Bəs qaratikan kolu necə oldu? Qaratikan uzun və xeyirsiz bir ömür yaşadı. Amma hər kəsin bir sonu da var axı. Bir gün insanlar ətrafı təmizləyərkən ona od vurub yandırdılar. Qaratikanın acı tüstüsü başından çıxdı...


# 2022 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news