Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Əlibaba Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Kulis.az xəbər verir ki, tədbir Azərbaycan Prezidentinin Əlibaba Məmmədovun 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncamına əsasən təşkil olunub.
Konsertdən əvvəl musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti olan Əlibaba Məmmədovun uzun illər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrətdiyini söyləyib.
- Musiqili Teatrın noyabr repertuarı
- Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı
- Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri konsertdə Azərbaycan bəstəkarlarının əsərlərini və ustad xanəndənin repertuarındakı muğam və bəstələri ifa ediblər.