"Makston Holl" serialının davamı çəkilir

"Makston Holl" serialının davamı çəkilir
calendar 15 iyul 2024
clock 13:10

Mona Kastenin romanları əsasında ekranlaşdırılan "Makston Holl" serialının ikinci sezonunun çəkilişlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, bu barədə serialın baş obrazı Rubi Belli canlandıran aktrisa Harriet Herbiq-Matten öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Aktrisa treylerdən bir kadr paylaşıb. İkinci sezonun süjeti və yayım tarixi hələlik naməlumdur.

"Makston Holl" Mona Kastenin romanları əsasında ekranlaşdırılan almandilli dramdır. Trilogiyanın əsas qəhrəmanı İngiltərənin ən prestijli məktəblərindən birinə daxil olmağı bacaran orta imkanlı Rubi Belldir. Onun təkcə bir arzusu var - təhsilini uğurla tamamlayıb Oksforda daxil olmaq. Buna görə sevgi münasibətlərindən və özündənrazı sinif yoldaşlarından uzaq qaçmağa çalışır. Amma Ceyms Bofort adlı sinif yoldaşının sirrini öyrənəndən sonra hər şey dəyişir...

Qeyd edək ki, 1992-ci ildə anadan olmuş Mona Kasten Almaniyanın ən məşhur gənc yazıçılarındandır. Onun "Məni xilas et", "Özünü xilas et" və "Bizi xilas et" romanlarından ibarət trilogiyası təkcə Almaniyada iki milyon tirajla satılıb.

# 605 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news