Mak’TAB məzunlarının təltifetmə mərasimi keçirildi

Mak’TAB məzunlarının təltifetmə mərasimi keçirildi
calendar 9 aprel 2024
clock 15:00

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi (DTMQİ) tərəfindən keçirilən təltifetmə mərasimində Mak’TAB (Tarixi Abidələrin Bərpası Məktəbi) məzunlarına diplomları təqdim olunub.

Kulis.az xəbər verir ki, tədbirdə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə, ADA Universitetinin rektoru Hafiz Paşayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Beynəlxalq Muzeylər Şurasının üzvü (BMŞ - ICOM) Erix Pummer, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək layihənin önəmindən bəhs edib, Mak’TAB məzunlarına mədəni irsimizin qorunması ilə bağlı gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra layihənin hesabat xarakterli videoçarxı nümayiş olunub.

Təltifolunma mərasimində, həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev və UNESCO yanında Abidələr və Tarixi yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) vitse-prezidenti Riin Alatalonun tədbir iştirakçılarına videomüraciətləri nümayiş olunub.

Qeyd edək ki, icrasına 2022-ci ildən başlanılan Mak’TAB layihəsinin əsas məqsədi tarixi-memarlıq abidələrinin bərpası sahəsində dövlət və özəl qurumlarda fəaliyyət göstərən bərpaçıları bir araya gətirərək beynəlxalq təcrübə ilə tanış etmək, onlara dünyanın qabaqcıl bərpaçılarının tətbiq etdiyi müasir metodları aşılamaq və bu istiqamətdə əlavə bilik və bacarıqlara yiyələnmələrinə dəstək verməkdir.

Ümumilikdə təşkil olunan 10 tədris modulunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Şuşa Şəhər Dövlət Qoruq İdarəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Mədəniyyət Nazirliyinin Qobustan Milli Tarix - Bədii Qoruğu və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi və Bakı Abadlıq Xidmətindən, həmçinin digər qurumlardan 28 nümayəndə alman alimi Corc Gilbertin, BMŞ-nin üzvü və “Atelier Erich Pummer” şirkətinin rəhbəri Erix Pummer tərəfindən keçirilən nəzəri və praktiki məşğələlərdə iştirak ediblər.

Qeyd edək ki, Mak’TAB layihəsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Avstriyanın “Atelier Erich Pummer” şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.

# 696 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news