Manana: "Məqsədimiz Azərbaycan-Gürcüstan dostluğunu möhkəmləndirməkdir"

Manana:  "Məqsədimiz Azərbaycan-Gürcüstan dostluğunu möhkəmləndirməkdir"
calendar 20 noyabr 2023
clock 10:21

Tbilisidə Azərbaycanın Əməkdar artisti Manana Caparidzenin konserti olub.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

M.Caparidze konsertdə “Can Azərbaycan”, “Şalaxo”, “Qüdrətlidir Bizim Qafqaz”, “Bakı” və digər sevilən mahnılarını ifa edib.

Konsertdə, həmçinin Əməkdar artistin yeni klipinin təqdimatı olub.

Klipin rejissoru Laşaman Meunargiya, prodüseri Zurab Tsmarişvilidir. Klipdə M.Caparidzenin duet ortağı gürcü həmkarı Dato Neparidzedir.

Manana deyib ki, kliplə bağlı təklif Gürcüstan tərəfdən gəlib. Klip iki gəncin sevgisindən bəhs edir. Bu obrazlar isə peşəkar aktyorlar tərəfindən canlandırılıb.

Əməkdar artist mahnını ifa edib. Əsərdə Əli və Nino sevgisi nümunə götürülüb.

M.Caparidze sonda əlavə edib: “Məqsədimiz iki dost ölkə olan Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafına xidmət etməkdir. Düşünürəm ki, bu klip xalqlarımız arasında mədəni əlaqələri daha da genişləndirəcək və möhkəmləndirəcək. Çünki bu klipdə qədim Azərbaycan və gürcü musiqilərindən istifadə olunub”.

AZƏRTAC

# 738 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news