Marşımız məşhur serialda səsləndirildi

Marşımız  məşhur serialda səsləndirildi
calendar 25 fevral 2022
clock 18:20

"Yalnız kurt" serialının önizləməsində Şəmistan Əlizamanlının ifasında Qafqaz İslam Ordusu marşı səsləndirilib.

Kulis.az xəbər verir ki, Türkiyənin ATV kanalında yayımlandığı ilk gündən tamaşaçıların rəğbətini qazanan “Yalnız qurd” (Yalnız kurt) serialının 5-ci bölümünün önizləməsi internetə yerləşdirilib. Fraqmentdə “Nuri Killigil / Qafqaz İslam Ordusu” Marşına yer verilib. Sözləri Nəriman Həsənzadəyə, bəstəsi Əli Behbuzadəyə məxsus olan marşı Şəmistan Əlizamanlı səsləndirir.

Fraqmentdə Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın fabrikindəki partlayışdan sonra baş verənlər ekrana gətirilir. Sosial şəbəkələrdə “Yalnız qurd” serialının pərəstişkarları “Əfsanəvi bir bölüm gəlir” kimi şərhlər yazırlar.

Türkiyənin yaxın tarixini işıqlandıran serial son illərdə baş verən çevrilişləri, xəyanətləri, qətlləri, anarxiya və terroru əhatə edir.
İlk seriyaları ilə diqqəti cəlb edən serialda Cihan Ünal, Hasan Denizyaran, Damla Çolbay, Murat Han və Polat Bilgin kimi aktyorlar çəkiliblər. “Sinagraf” şirkətinin istehsalı olan serialın rejissoru Çağatay Tosun, icraçı prodüseri Yusuf Ömer Yavaş, ssenari müəllifləri Murat Koca və Ali Alper Erze, prodüseri Osman Sınavdır.

# 2202 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news