Mədəniyyət Naziri ilə görüş keçirildi

Mədəniyyət Naziri ilə görüş keçirildi
calendar 17 may 2022
clock 18:30

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə görüşüb.

Kulis.az xəbər verir ki, Görüşdə Fondun qurucu üzv ölkəsi olan Azərbaycanla təşkilat arasında mövcud tərəfdaşlıq münasibətlərinin daha da genişlənməsi və Türk Dünyasının mədəni birliyinin möhkəmlənməsi yönündə birgə addımların atılması mövzusunda danışıqlar aparılıb.

Tərəflər 2023-cü ilin Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsinə toxunaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində görüləcək işlər haqqında müzakirələr aparıblar. Görüşdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (“Peace4Culture”) adlı qlobal kampaniyaya Fondun öz töhvəsini verməyə davam edəcəyi bildirilib.

Həmçinin, Fondun büdcəsinin təsdiqlənməsi və təşkilatın katibliyinin beynəlxalq səviyyədə formalaşması ilə üzv ölkələrin zəngin mədəniyyətinin, tarixinin araşdırılması və tanıdılması yönündə layihələrin daha da genişmiqyaslı şəkildə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

# 1961 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news