Mədəniyyət Nazirliyində Mərakeşin media təmsilçiləri ilə görüş keçirildi

Mədəniyyət Nazirliyində Mərakeşin media təmsilçiləri ilə görüş keçirildi
calendar 13 fevral 2024
clock 14:30

Fevralın 9-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində ölkəmizdə səfərdə olan Mərakeş Krallığının nüfuzlu media orqanları təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə Mərakeşin “Məqrib Ərəb Press” agentliyinin redaktoru Mohammed Asvab, “L’Opinion” nəşrinin redaktoru Anass Maçlux, “Le Matin” dərgisinin redaksiya direktoru Suheyl Naili və bu ölkənin bir sıra digər media nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli ölkəmizin qədim və zəngin mədəniyyəti haqqında məlumat verib, həmçinin Azərbaycanla Mərakeş Krallığı arasında mədəni əlaqələrdən danışıb.

Bildirilib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri ICESCO tərəfindən 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu il eyni zamanda Mərakeş Krallığının Mərakeş şəhəri də “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirir. “Paytaxt ili” çərçivəsində birgə fəaliyyət barədə məsələlər müzakirə olunub.

# 627 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news