Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub

Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə  görüş olub
calendar 1 mart 2024
clock 13:40

Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub.

Kulis.az xəbər verir ki, fevralın 29-da Mədəniyyət Nazirliyində nazir müavini Səadət Yusifovanın iştirakı ilə "TikTok" videoməzmun sosial media platformasının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə “TikTok” platformasının Şərqi Avropada dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov, “TikTok Live”ın baş direktorunun müavinləri Junjiao Bay, Junqing Wu və digər qonaqlar iştirak ediblər.

Söhbət zamanı qonaqlara Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “#TikTokDanÖyrən” (#LearnOnTikTok) müsabiqəsi barədə məlumat verilib. Layihənin əhəmiyyəti vurğulanıb, fikir mübadiləsi aparılıb. Həmçinin nazirliyin tabeliyində olan müəssisələrin layihədə aktiv iştirakının təşviq edilməsi, mədəniyyət müəssisələrinin layihəyə cəlb olunması üçün "TikTok" tərəfindən əlavə təlimlərin keçirilməsi, “TikTok Live” vasitəsilə mədəniyyət sahəsinə dair məzmunun yaradılması mövzuları diqqət mərkəzinə çəkilib.

Xatırladaq ki, 21 fevral – 21 aprel tarixlərini əhatə edən #TikTokdanÖyrən" layihəsinin məqsədi mədəniyyət müəssisələri tərəfindən yaradıcı videoların paylaşılması ilə bu müəssisələrə “TikTok” platforması vasitəsilə daha çox ziyarətçinin cəlb edilməsidir. Bu günədək müsabiqəyə 6 muzey, 1 kitabxana, 13 teatr qoşulub. Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyalarının eksponatlarını və Azərbaycan Milli İncəsənət Muzeyi sərgilərini nümayiş etdirir, Azərbaycan Milli Xalça Muzeyi qısa virtual turlar təşkil edir. Eyni zamanda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı tamaşaların necə ərsəyə gətirilməsi, Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorların məşq prosesi və Akademik Milli Dram Teatrı aktyorların tamaşaya hazırlıq prosesi barədə məlumatlar təqdim edirlər.

# 898 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news