“Mədəniyyət paytaxtı” film-konsert layihəsinin təqdimatı keçirilib

“Mədəniyyət paytaxtı” film-konsert layihəsinin təqdimatı keçirilib
calendar 21 iyul 2024
clock 14:45

Azərbaycan Milli Konservatoriyasında “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Mədəniyyət paytaxtı” film-konsert layihəsinin təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən layihənin rəhbəri Adil Nəsibov qonaqlara layihə barədə ətraflı məlumat verib. Bildirib ki, layihə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində və ümumilikdə ölkədə bu il ərzində təşkil ediləcək silsilə tədbirlərə töhfə vermək məqsədilə icra olunur.

Bəstəkar Bəhram Nəsibovun bəstələdiyi “Vətən bağı” (Sözləri: Ağabəyim ağa Cavanşir), “Cıdır düzü” (Sözləri: Rəfiq Zəka), “İslam dünyası” (Sözləri: Nəcməddin Mürvətov), “Şuşa qalası” (Sözləri Sabir Əliyev) mahnıları ilk dəfə film-konsertdə müğənni-bəstəkar Elnur Nuri tərəfindən səsləndirilib. Film-konsertdə mahnılar, müsahiblər, kadrarxası mətnlərin, interküylərin harmoniyasında tamaşaçıya çatdırılıb.

Qeyd edək ki, film-konsertin yaradıcı heyəti- layihənin rəhbəri, ssenari müəllifi, montaj Adil Nəsibov, rejissor Cəsarət Hüseynzadə, operator Elmir Mirzəzadə, məsləhətçi Abbasqulu Nəcəfzadə, prodüser Vüsal Əhmədov, redaktor Şəbnəm Tofiqqızıdır.

# 635 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news