Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim edildi - Fotolar

Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim edildi - Fotolar
calendar 17 mart 2022
clock 22:35

Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə dövlət təltiflərinə layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun mükafatlandırma mərasimi baş tutub.

APA xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimovla yanaşı, nazirliyin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Anar Kərimov dövlət tərəfindən mədəniyyət və ictimaiyyət xadimlərinə həmişə böyük diqqət və qayğının olduğunu vurğulayıb: "Bizim üçün şərəfdir ki, dövlət rəhbərliyinin təltiflərini sizə təqdim edirik. Bütün bunlar tarixi anlardır. Bu gün Azərbaycan yalnız öz torpaqlarının bütövlüyünü deyil, eyni zamanda, mədəniyyətinin, incəsənətinin bütövlüyünü yaşayır".

Nazir həmçinin Qarabağdakı yenidənqurma işlərindən də bəhs edib: "Sevinir və fəxr edirik ki, bu günləri yaşayırıq. Biz Qarabağa təkcə infrastrukturun bərpası ilə deyil, həm də mədəniyyətimizin dirçəldilməsi ilə qayıdırıq. Azad olunan ərazilərdə Şuşada bir çox tədbirlər keçiririk. Bununla da, dünyaya göstəririk ki, Azərbaycan o torpaqlara mədəniyyət, incəsənətlə qayıdır".

Sonra təltifçilərə orden və medallar təqdim edilib

# 2784 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news