“Mədəniyyətdə Marketinq” layihəsi başa çatdı

“Mədəniyyətdə Marketinq”  layihəsi başa çatdı
calendar 11 iyun 2024
clock 15:00

Mədəniyyət Nazirliyinin dəstəyi və Qlobal Sahibkarlıq Şəbəkəsi Azərbaycan İctimai Birliyinin (GEN Azerbaijan) təşkilatçılığı ilə Bakıda “Mədəniyyətdə Marketinq” adlı layihə yekunlaşıb.

Kulis.az xəbər verir ki, təlimlərdə dövlət və özəl mədəniyyət müəssisələrində çalışan, yaradıcı sənayelər sahəsində sahibkarlıq fəaliyyəti olan 30 mütəxəssis və sahə üzrə təhsil alan bakalavr və magistr tələbələri iştirak edib.

Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən mədəniyyət marketinqi, brendin formalaşdırılması, məhsul menecmenti, sosial media marketinqi, sənət və strategiya, süni zəka alətləri, xalçaçılıqda biznes və digər mövzular üzrə ümumilikdə on təlim keçirilib. Qonaqlar mədəniyyət sektorunda marketinq strategiyalarının necə tətbiq olunacağını öyrənərək öz peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.

Təlimlərdən sonra, iştirakçılar qruplara bölünərək seçilmiş altı mədəniyyət müəssisəsi üçün marketinq planları hazırlayıb və həmin planların təqdimatını reallaşdırıb.

Sonda iştirakçılar sertifikata layiq görülüb.

# 542 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news