Məhəmməd Baharlının xatirə tədbiri keçiriləcək

Məhəmməd Baharlının xatirə tədbiri keçiriləcək
calendar 6 mart 2023
clock 18:00

Mart ayının 11-də, saat 12.00-da Mətbuat şurasının binasında görkəmli jurnalist Məhəmməd Baharlının xatirə tədbiri keçiriləcək.

Kulis.az xəbər verir ki, yubiley yığıncağında Məhəmməd müəllimin qələm dostları, keçmiş iş yoldaşları, Azərbaycan mətbuatının görkəmli simaları, yaxın dostları və qohumları iştirak edəcəklər. Giriş sərbəstdir. Bütün mətbuat nümayəndələri dəvətlidir.

Qeyd edək ki, jurnalist fəaliyyətinə “Azərbaycan gəncləri” qəzetində sıravi müxbir kimi başlayan mərhum M.Baharlı o zamanın məşhur nəşrləri olan “Azərbaycan məktəbi”, “Kənd həyatı”, “Gənclik”, “Molodost” dərgilərinin məsul katibi, “Təhsil” və “Azərbaycan müəllimi” qəzetlərinin baş redaktoru işləmişdir. Xüsusilə, “Azərbaycan müəllimi” qəzeti bu bacarıqlı jurnalistin peşəkarlığının və rəhbər işçi məharətinin üzə çıxmasında müstəsna rol oynayıb

Həyatı təhsillə, pedoqoji mətbuatla sıx bağlı olan Məhəmməd müəllim 2002-ci ildən dünyasını dəyişənə qədər Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin baş redaktoru vəzifəsində çalışıb.

# 1233 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news