Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan kitab sərgisi hazırlanıb

Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan kitab sərgisi hazırlanıb
calendar 31 iyul 2024
clock 16:13

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş virtual kitab sərgisini istifadəçilərə təqdim edib.

Kulis.az-a kitabxanadan bildirilib ki, virtual kitab sərgisində Şərqdə ilk demokratik respublikanın qurulmasında danılmaz xidmətləri olan Rəsulzadənin ədəbi yaradıcılıq nümunələri haqqında geniş məlumat verilib.

Sərgidə M.Ə.Rəsulzadənin müəllifi olduğu və haqqında qələmə alınan “Azərbaycan müstəqillik üçün mübarizə yolunda”, “Azərbaycan şairi Nizami”, “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında”, “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri”, “Bir kərə yüksələn bayraq, bir daha enməz!”, “Əsrimizin Siyavuşu”, “İran yazıları”, “Son nəfəsədək Azərbaycan”, “Bakı və Azərbaycan tarixinə dair əsərlər”, “Rəsulzadə xatirələri” kimi 30-a yaxın kitabın qısa annotasiyası təqdim olunub. Materialda Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan, hürriyyət və istiqlal haqqında söylədiyi fikirlər, səs yazıları da yer alıb.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/mehemmed-emin-resulzade yerləşdirilib.

# 488 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news