Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi
calendar 26 aprel 2024
clock 18:00

24 aprel tarixində Pirallahı rayonunda 4 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzi və Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi, yazıçı, mütəfəkkir Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinə həsr olunmuş “Füzuli rindü şeydadır” adlı ədəbi-bədii gecə keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Pirallahı rayon icra nümayəndəliyindən, ümumtəhsil orta məktəblərdən, kitabxanalardan nümayəndələr və şagirdlər iştirak ediblər.

Tədbirdə Azərbaycan-Türkiyə ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri olan Füzulinin həyat və yaradıcılığından, onun əsərlərinin təkcə ölkəmizin poeziyası üçün deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatı üçün əhəmiyyəti vurğulanıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Z. Dadaşova çıxışında bildirdi ki, Məhəmməd Füzuli dünya poetik fikrinin inkişafında misilsiz rol oynayıb.

Onun yaradıcılığı əsrlərdən bəri Yaxın və Orta Şərqin ədəbi fikrini öz təsiri altında qoruyub saxlayıb. Füzuli poeziyasının türk xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qovuşmasında böyük əhəmiyyəti var. Bu gün türkdilli xalqların hər biri Füzulini öz doğma şairi kimi sevir və onun 530 illik yubileyini təntənəli şəkildə qeyd edir. Füzulinin humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün mənəvi qidadır. Tədbirdə gənc ədəbiyyatsevərlər tərəfindən hazırlanmış ədəbi bədii kompozisiyada səsləndirilən dahi şairin qəzəllərindən parçalar qonaqlara xoş ovqat yaradıb. Uşaqların ifasında “Leyli və Məcnun” əsərindən Leyli ilə anasının söhbəti və şairin “Meyvələrin söhbəti” kopozisiyası təqdim olunub.
Sonda qonaqlar şagirdlərin M.Füzuli yaradıcılığına həsr olunmuş çəkdikləri rəsm əsərləri və ənənəvi kitab sərgisi ilə tanış olublar.

# 851 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news