Məlahət Babayeva: "Afaq Bəşirqızının könlündən vəzifə keçir" - İttiham

Məlahət Babayeva:  "Afaq Bəşirqızının könlündən vəzifə keçir" - İttiham
calendar 24 avqust 2023
clock 11:01

"Afaq Bəşirqızı böyük səhv edir, o kimdir ki, ölkəni bakılıya-rayonluya bölür”.

Kulis.az xəbər verir ki, bu sözləri Bakı Kəndlər Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Məlahət Babayeva Xalq artisti Afaq Bəşirqızının qalmaqala səbəb olan açıqlamasına münasibət bildirərkən deyib.

Məlahət Babayeva bildirib ki, Afaq Bəşirqızının Bakının adından danışmağa haqqı yoxdur:

"Biz onu yaxşı tanıyırıq, güc hardadırsa, Afaq Bəşirqızı da həmişə ordadır. Afaq Bəşirqızı bunu ona görə deməyib ki, guya Bakını sevir. Yox, bu, belə deyil. Hər yerin yaxşısı da var, pisi də. Afaq Bəşirqızı belə bir adamdır. Kimdən işi keçirsə, onu tərifləyir, belə-belə özünə karyera qurub. Əslində, Afaq bakılı da deyil”.

Məlahət Babayevanın fikrincə, Afaq Bəşirqızının bu çıxışının məqsədləri var:

"Görünür, nəsə almaq istəyir, yaxud da könlündən hansısa vəzifə keçir, ya da mandat umur. Ona görə də belə ifadələr işlədir, amma bunu xalqın böyük bir hissəsini alçaltmaqla etmirlər”.

Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı mətbuata müsahibəsində rayonlulara qarşı sərt ifadələr işlədib. O, "Evindən, rayonundan, şəhərindən qaçan insanlar necəsə internet üçün aylıq ödəniş etməyə, mobil telefona pul tapırlar, amma bir şey olmamış, deyirlər acıq”, - deyə, - bildirib.

Qaynarinfo

# 2010 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news