“Mələk” tamaşasının premyerası keçirildi

"Mələk" tamaşası

"Mələk" tamaşası

calendar 21 dekabr 2021
clock 16:20

Dekabrın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mələk” adlı səhnə əsərinin premyerası baş tutub.

Kulis.az xəbər verir ki, tamaşa 2020-ci ildə “Koronavirus” pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə teatrın təşəbbüsü ilə Səbail Rayonu İcra hakimiyyəti, Azərbaycan UNESCO Klubları Assosiasiyası, ASAN Könüllülər Məktəbi, “ASAN radio”, “Azərbaycan” dərgisinin birgə təşkilatçılığı ilə «Biz birlikdə güclüyük» adlı birpərdəli pyes müsabiqəsində qalib gələn gənc yazıçı Pərviz Seyidlinin «Mələk» pyesi əsasında hazırlanıb. Tamaşanın rejissoru Ayla Osmanovadır.

Əsər pandemiyanın bəşəriyyəti sürüklədiyi bəladan, ailələri düçar etdiyi faciədən bəhs edir. Anasını itirmiş gənc, gözəl Lalə sarsıntıdan, tənhalıqdan, ən əsası isə onu anbaan izləyən günah hissindən tükənib. Gözlənilməz bəla bütün dünyanı və bu dünya içərisində hər kəsi sarsıdıb. Amma bütün hallarda sənət insanları çıxılmazlıqdan, qəliz labirintlərdən xilas etmək üçündür. Bütün sualların cavabı elə tamaşaçının gözü önündə tapılır.

Tamaşa boyu Səssiz Ünsiyyət - Jest Dilinin İnkişafına Dəstək təşkilatının jest dili təlimçisi və tərcüməçisi, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin müəllimi Könül Quliyeva tamaşanı səhnədəcə jest dilinə tərcümə edib.

Baş rolların ifaçıları Ramil Məmmədov və Aygün Fətullayevadır. Tamaşanın quruluşçu rəssamı Sevinc Həsənovadır. Tamaşada səslənən mahnının musiqisi və mətni Tofiq Hacıyevə, oranjmanı isə Şamxal Novruzluya aiddir.

“Mələk” tamaşasının növbəti premyerası yanvar ayına nəzərdə tutulub.

# 2378 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news