Məmməd Səid Ordubadi haqqında kitab hazırlanır

Məmməd Səid Ordubadi haqqında kitab hazırlanır
calendar 17 sentyabr 2022
clock 11:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Tarixi roman janrının banisi” adlı metodik vəsait hazırlayıb.

Kulis.az xəbər verir ki, tarixi roman janrının banisi Məmməd Səid Ordubadinin 150 illiyi ilə əlaqədar yazılan metodiki vəsait 4 hissədən ibarətdir.

XX əsr Azərbaycan ədəbiyyatının yaranması və inkişafında fəal iştirak edən ictimai və ədəbi fəaliyyəti ilə xalqımızın yeni mədəni həyat qurmaq uğrunda apardığı mübarizəyə xidmət göstərən M.S.Ordubadi görkəmli ədib, şair, dramaturq, publisist və ictimai xadim olub. M.S.Ordubadi Azərbaycanda azadlıq hərəkatı, köhnə patriarxal adətlərin, burjua diplomatiyasının, dünya imperializminin tənqidi kimi mövzularda əsərlər yazıb. Əməkdar incəsənət xadimi M.S.Ordubadi ədəbiyyatın bütün növlərində yazıb yaratsa da, romanları ilə daha çox şöhrət qazanıb.

Ədəbiyyatımızda tarixi roman janrının banisi olan M.S.Ordubadi sənətkarlıq bacarığını bütün parlaqlığı və dolğunluğu ilə nümayiş etdirə bilib. Tarixi keçmişi, xalqımızın tarixinin mühüm hadisə və qəhrəmanlıqlarını dərindən öyrənib sənətkarlıqla əks etdirən ədib roman sahəsində ədəbiyyatımızda özünəməxsus yol açaraq, iz qoyub.

İlk tarixi romanı “Dumanlı Təbriz” Azərbaycan nəsrinin ən yaxşı nümunələrindən olmaqla ədibə böyük şöhrət qazandırıb.

# 1554 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news